25 oktyabr 2023 at 19:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85270898
T T
0 Persons

Tags

Liviya Parlamenti: İsraili dəstəkləyən ölkələrin səfirləri bizim ölkəni tərk etsinlər

Tehran - İRNA - Liviya Parlamenti sionist rejimin Qəzza zolağında dinc əhaliyə qarşı təcavüzünün davam etməsi və Qərb ölkələrinin bu rejimin cinayətlərinə dəstək verməsinin ardınca, sionist rejimi dəstəkləyən ölkələrin səfirlərinin ölkədən çıxmasını tələb edib.

İRNA-nın çərşənbə günü “Əl-Məsirə” telekanalına istinadən verdiyi məlumata görə, Liviya Parlamenti bəyanat yayaraq bildirib: “Sionist rejimin Qəzzadakı cinayətlərini dəstəkləyən ölkələrin səfirləri ən qısa zamanda Liviyanı tərk etsinlər.”

Liviya Parlamenti başqa bir qərarında da bu cinayətlərin davam edəcəyi təqdirdə sionist rejimin cinayətlərini dəstəkləyən ölkələrə neft ixracının dayandırılmasını istəyib.

Liviya Parlamentinin bəyanatında vurğulanır: “Qəzza zolağında baş verənlər soyqırımdır.”

Sizin rəyiniz

You are replying to: .