İRNA-nın məlumatına görə, Höccətül-İslam vəl-Müslimin Seyid Məhəmməd Əli Ali-Haşim bu həftə Təbrizdə etdiyi cümə namazı xütbələrində qəhrəman Azərbaycan və Təbriz xalqına və bəzi qonşu ölkələrə sionist rejimə arxalanmamağı və Qəzza hadisələrindən ibrət götürməyi tövsiyə edərək, əlavə etdi: Müsəlman ölkələri başçıları bilməlidir ki, bugünkü dünyada qeyri-islam ölkələri də bu rejimin yanında deyil, hətta sionist rejimin qarşısındadırlar.
O, qeyd etdi: Onların qorxusu bu qondarma rejimin süqutuna görədir və sionist rejimə qarşı hər hansı xoş niyyətin cəzası peşmançılıqdır.
Təbrizin Cümə imamı: Sionist rejimlə əməkdaşlığın tüstüsü bu rejimlə əməkdaşlıq edən hökumətlərin gözünü kor edəcək
27 oktyabr 2023 at 19:40
Xəbər kodu:
85272470
Təbriz – İRNA – Ali-Dini rəhbərin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin Cümə imamı sionist rejim olan İsrailin yaxşı və etibarlı dayaq olmadığını bildirərək dedi: Bu rejimlə əməkdaşlıq və ona meydan verilməsinin alovunun tüstüsü ilk növbədə bu rejimlə əməkdaşlıq edən hökumətlərin gözünü kor edəcək.
Sizin rəyiniz