27 oktyabr 2023 at 20:04
Jurnalist kodu: 5481
Xəbər kodu: 85272483
T T
0 Persons

Tags

Fars Körfəzi Əməkdaşlıq Şurası: Fələstinlilər işğalın sona çatmasından başqa varianta razı deyil

Tehran – İRNA – Fars Körfəzi Əməkdaşlıq Şurası Qəzzaya qarşı müharibənin Fələstin xalqını öz tələblərindən geri çəkməyəcəyini vurğulayaraq, işğalın sona çatması istisna olmaqla, fələstinlilərin heç bir varianta razı olmayacağını qeyd edib.

İRNA-nın Əl-Cəzirə-yə istinadən verdiyi məlumata görə, Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvü olan ölkələr Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında oxunan bəyanatda vurğuladılar ki, biz Qəzza zolağında baş verən zorakılığı qətiyyətlə pisləyir və buna qarşı qətiyyətli addım atılmasını tələb edirik.

Bu bəyanatda bildirilir ki, Qəzzada baş verənlər Fələstin xalqının öz tələb və hüquqlarına etinasız yanaşmasına səbəb olmayacaq.

Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv dövlətlər vurğuladılar: Biz işğalçıların əməliyyatlarını özünümüdafiə kimi qələmə verənlərə təəccüblənirik.

Bu bəyanatın bir hissəsində, Fələstin xalqının işğalın sona çatmasından başqa heç bir varianta razı olmadığı bildirilir.

Sizin rəyiniz

You are replying to: .