15 noyabr 2023 at 19:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85292587
T T
0 Persons

Tags

Şeyx Nəim Qasim: Hizbullah İsraildən qorxmur

15 noyabr 2023 at 19:35
Xəbər kodu: 85292587
Şeyx Nəim Qasim: Hizbullah İsraildən qorxmur

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı Baş katibinin müavini vurğulayıb: “Biz İsraildən qorxmuruq və əgər Livan və Hizbullaha qarşı müharibə etmək qərarına gəlsə, biz bu rejimi devirmək üçün bütün gücümüzlə onunla mübarizə aparacağıq.”

İRNA-nın “Əl-Əhd”-ə istinadən verdiyi xəbərə görə, Livan Hizbullah Hərəkatı Baş katibinin müavini Şeyx Nəim Qasim bildirib: “İsrail rejimi bizə qarşı müharibəyə başlasa, bütün gücümüzlə özümüzü müdafiə etməkdən başqa çarəmiz yoxdur. Bu səbəbdən də müharibə olsa, bizdən soruşulmayacaq ki, niyə müqavimət göstərsiniz. İşğalçı rejimlə istənilən müharibədə qalib gələ bilərik.”

O, Əl-Əqsa Tufanı əməliyyatına toxunaraq qeyd edib ki, biz diqqəti 7 oktyabrın əsas hədəfinə yönəltməliyik. 

Şeyx Nəim Qasim əlavə edib: “Bu əməliyyatın məqsədi fələstinliləri narahat edən bir çox məsələlərin həlli və əsirlərin azad edilməsi üçün müqavimət aksiyası idi. Kütləvi qətllərə haqq qazandırmaq üçün baş verənlərin təfərrüatlarına diqqət yönəltməyimiz düzgün deyil. Bizim fikrimizcə, hər şey əvvəlki vəziyyətinə qayıtmalıdır: 7 oktyabr əməliyyatınının səbəbkarı kimdir? Bu əməliyyatın səbəbkarı işğalçı İsrail rejimi olub.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .