22 noyabr 2023 at 18:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85300170
T T
0 Persons

Tags

İnqilabın Ali Rəhbəri: Sionist rejim Əl-Əqsa Tufanında nokauta düşdü

Tehran - İRNA - Həzrət Ayətullah Xamenei ölkənin medal sahibləri və idman çempionları ilə görüşündə deyib: “Əgər siz idmançılara bu son hadisələrin xülasəsini təqdim etsəm, o cümlə bu budur: Sionist rejim Əl-Əqsa Tufanında nokauta düşdü.”

Həzrət Ayətullah Xamenei sonra deyib: “Yəni HƏMAS çoxlu imkanlara malik bir dövlət və ölkə kimi deyil, mübariz qrup olaraq qəsbkar sionist hökuməti bütün bu imkanları ilə nokauta sala bildi.”

İslam İnqilabının Ali Rəhbəri çıxışının davamında deyib: “Məzlumları müdafiə etmək əlaməti olaraq çəfyə ilə meydana daxil olan milli komandaya təşəkkür edirəm; hər biri müəyyən formada Fələstinə dəstək nümayiş etdirən; medallarını Qəzza uşaqlarına təqdim edən; medallarını sionist rejimin yaratdığı faciə yeri olan xəstəxananın şəhidlərinə hədiyyə edən idmançılara təşəkkür edirəm; sionist rəqiblə üz-üzə gəlməkdən imtina edən idmançılara təşəkkür edirəm. Bu gün onların işlərinin düzgünlüyü bəlli olur. Bunların həqiqəti bu gün həmişəkindən daha çox üzə çıxır.”

İnqilabın Ali Məqamlı Rəhbəri Qərb ölkələrinin və bəzi beynəlxalq forumların ikili siyasətləri ilə bağlı deyib: “İdmanın siyasi olmadığını deyirlər, amma idmanı siyasiləşdirmək lazım olanda onu ən pis şəkildə siyasiləşdirirlər. Bir bəhanə ilə bir ölkəni bütün beynəlxalq idman tədbirlərində iştirakdan məhrum edirlər. Niyə? Sən filan yerdə döyüşdün. Amma həmin dairələr Qəzzada beş min şəhid uşağa məhəl qoymurlar. Orada idman siyasi olmalı deyilmi? İdman burada siyasi olmamalıdır, amma orada açıq-aşkar siyasidir, heç bir iradı da yoxdur. Müharibə bəhanəsi ilə bir ölkəni dünya yarışlarından kənarda qoyurlar, bir ölkəni, bir hökuməti isə bütövlükdə görməzlikdən gəlirlər. Müharibəyə görə, müharibə cinayətlərinə görə deyil, hətta soyqırıma görə belə, beynəlxalq yarışlara çıxmasının qarşısını almırlar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .