2 dekabr 2023 at 18:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85309735
T T
0 Persons

Tags

Əl-Qəssam-ın 2 tank və sionist əsgərlərin toplandığı yerə qarşı 3 xüsusi əməliyyatı

Tehran - İRNA - HƏMAS-ın hərbi qolu bəyanat yayaraq bildirib ki, dünən gecədən bu gün səhərə kimi zirehli raketlərlə sionist rejimə aid 1 tankı məhv edib, digər bir tankın qülləsini Yasin 105 raketi ilə və Şeyx Rezvan məhəlləsində bir evin içərisində gizlənən bir qrup sionist əsgəri TBG zirehli raketləri ilə hədəfə alıb.

İRNA-nın məlumatına görə, İzzəddin Əl-Qəssam Batalyonları bəyanat yayaraq bildirib ki, dünən gecədən bu gün səhərə qədər (şənbə) mücahidlərimiz “Şuvaz” partlayıcı tələsinin köməyi ilə sionist rejimin bir tankını hədəfə ala biliblər və tankın içərisində baş verən bir neçə partlayış onun tamamilə məhv olmasına səbəb olub.

Bəyanatın davamında deyilir: “Qəssam mücahidləri Yasin 105 anti-zireh raketlə başqa bir tankın qülləsini də hədəfə alıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .