15 dekabr 2023 at 19:30
Jurnalist kodu: 5487
Xəbər kodu: 85323250
T T
0 Persons

Tags

Avropa İttifaqı və 14 Qərb hökumətinin birgə bəyanatı - İordan çayının qərb sahilində mühacirlərin cinayətləri pislənib

London - İRNA - Avropa İttifaqı və 12 Avropa ölkəsi, Kanada və Avstraliya ilə birgə bəyanat yayaraq, sionist mühacirlər tərəfindən İordan çayının qərb sahilində vəhşicəsinə hücumlarını sərt dillə pisləyib və bu cür hadisələrin bölgədə davamlı sülh perspektivini təhdid etdiyini vurğulayıblar.

İRNA-nın cümə günü verdiyi məlumata görə, bir nüsxəsi Britaniya hökumətinin internet saytında dərc edilən bu bəyanatda bildirilir ki, Avstraliya, Belçika, Danimarka, Avropa Birliyi, Finlandiya, Fransa, İrlandiya, Lüksemburq, Hollandiya, Norveç , İspaniya, İsveç, İsveçrə, İngiltərə və Kanada İsrail rejiminin İordan çayının qərb sahilində mühacirlərin görünməmiş zorakılığı ilə mübarizə üçün təcili və konkret tədbirlər görməsini istəyir.

Bəyanatda deyilir ki, biz Fələstin xalqını vəhşətə salan ekstremist mühacirlərin zorakı hərəkətlərini qətiyyətlə pisləyirik. Sionist rejimin işğal olunmuş İordan çayının qərb sahilində məskunlaşmalarının beynəlxalq hüquqa görə qeyri-qanuni olması barədə mövqeyimizi bir daha bəyan edir və bu rejimə beynəlxalq hüquq, xüsusilə də 4-cü Cenevrə Konvensiyasının 49-cu maddəsinə əsasən öhdəliklərini xatırladırıq.

Bu bəyanata əsasən, sionist mühacirlər oktyabr ayından bu yana İordan çayının qərb sahilində 343-dən çox şiddətli hücum həyata keçirib, nəticədə 8 dinc fələstinli həlak olub, 83-dən çox insan yaralanıb və 1026 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb.

Sizin rəyiniz

You are replying to: .