İRNA-nın BMT-dəki müxbirinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik yerli vaxtla cümə günü axşam saatlarında bir nüsxəsini İRNA-ya təqdim etdiyi bəyanatda bildirib: “Birləşmiş Millətlər Təşkilatı bu gün İran İslam Respublikasının Sistan və Bəlucistan əyalətində polis qərargahına qarşı “Ceyş əl-Ədl” qruplaşmasının üzərinə götürdüyü və məlumatlara görə, azı 11 nəfərin ölümü ilə nəticələnən hücumu qətiyyətlə pisləyir, bu hücumu törədənlərin səbəbkarlarının mühakimə olunmasının vacibliyini vurğulayır.”
Dujarrik deyib: “Birləşmiş Millətlər Təşkilatı həlak olanların ailələrinə, İran İslam Respublikası xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.”
Sizin rəyiniz