BMT İranın Sistan və Bəlucistan əyalətində törədilən terror aktını kəskin şəkildə pisləyib

Nyu-York - İRNA - BMT sözçüsü Stefan Dujarrik bəyan edib ki, təşkilat Ceyş əl-Ədl terror qruplaşmasının İranın Sistan və Bəlucistan əyalətində Rask polis qərargahına təşkil etdiyi terror aktını kəskin şəkildə  pisləyir.

İRNA-nın BMT-dəki müxbirinin verdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik yerli vaxtla cümə günü axşam saatlarında bir nüsxəsini İRNA-ya təqdim etdiyi bəyanatda bildirib: “Birləşmiş Millətlər Təşkilatı bu gün İran İslam Respublikasının Sistan və Bəlucistan əyalətində polis qərargahına qarşı “Ceyş əl-Ədl” qruplaşmasının üzərinə götürdüyü və məlumatlara görə, azı 11 nəfərin ölümü ilə nəticələnən hücumu qətiyyətlə pisləyir, bu hücumu törədənlərin səbəbkarlarının mühakimə olunmasının vacibliyini vurğulayır.”

Dujarrik deyib: “Birləşmiş Millətlər Təşkilatı həlak olanların ailələrinə, İran İslam Respublikası xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .