İRNA-nın çərşənbə günü axşam saatlarında İranın Moskvadakı səfirliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri Andrey Slepnev İranın Moskvadakı səfiri Kazim Cəlali ilə görüşündə deyib.
Avrasiya İqtisadi İttifaqının Ticarət naziri bu sazişi Avrasiya İttifaqı ilə İran arasında ən mühüm əməkdaşlıq sənədi adlandıraraq deyib: “İran bu sənədi imzalamaqla Avrasiya İttifaqının mühüm tərəfdaşlarından birinə çevriləcək.”
İranın Moskvadakı səfiri Cəlali də ölkəmizlə Avrasiya İqtisadi İttifaqı arasında azad ticarət sazişini intensiv danışıqların və tərəflərin münasibətlərini inkişaf etdirmək iradəsinin nəticəsi hesab edib.
Sizin rəyiniz