22 dekabr 2023 at 14:44
Jurnalist kodu: 5487
Xəbər kodu: 85329782
T T
0 Persons

Tags

İsrail Ukraynanın ətəyindən yapışdı - Qəzzada 7 ukraynalı muzdlu ölüb

Tehran - İRNA - Əl-Cəzirə telekanalı Qəzzada sionist rejimlə yanaşı ukraynalı əsgərlərin döyüşməsi və toqquşmalarda onlardan yeddisinin həlak olması barədə məlumat yayıb.

İRNA-nın cümə günü verdiyi xəbərə görə, Əl-Cəzirə Qəzza şəhərinin Əş-Şəcaiyyə məhəlləsində Fələstin müqavimət qüvvələri ilə toqquşmada 7 Ukrayna əsgərinin öldüyünü bildirib.

Mediada və sosial şəbəkələrdə bir neçə əsgərin divar arxasına sığınaraq Ukrayna dilində danışdığını əks etdirən video yayılıb.
Bu əsgərlərdən biri Fələstin xalqı ilə müharibəyə haqq qazandırmaq üçün və başqa yerdən gəldiklərini sübut edən sözlərlə deyir: “Döyüşmək üçün buraya gəlmişik ki, yeni bir holokost baş verməsin.”

Əl-Cəzirə “Qüds” xəbər agentliyinə istinadən Qəzzanın Əl-Şucaiyyə məhəlləsində baş verən şiddətli toqquşmalarda 7 ukraynalı muzdlunun öldürüldüyünü açıqlayıb.

Bu xəbərə münasibət bildirən Ukrayna Xarici İşlər Nazirliyi Kiyevin Qəzza zolağına və ya başqa yerə hərbçi göndərmədiyini açıqlayıb.

Sizin rəyiniz

You are replying to: .