İRNA-nın çərşənbə günü verdiyi xəbərə görə, bu səfər zamanı Ayətullah Seyid İbrahim Rəisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimindən sonra onunla təkbətək görüş keçirəcək, daha sonra iki prezidentin sədrliyi ilə İran-Türkiyə Əməkdaşlıqları üzrə Ali Şurasının səkkizinci iclası keçiriləcək.
Bundan sonra prezidentlər media nümayəndələrinin iştirakı ilə mətbuat konfransında müzakirələrin nəticələrini izah edəcəklər.
Həmçinin, bu səfər zamanı iki prezident İran və Türkiyənin iş adamları və iqtisadi fəallarının birgə görüşündə iştirak edəcəklər, Ayətullah Rəisi bu ölkədə yaşayan iranlılarla da görüşəcək.
İran və Türkiyə İqtisadi Əməkdaşlıqlar üzrə Ali Şurasının yeddinci iclası 2022-ci il iyulun 19-da Türkiyə Prezidentinin Tehrana rəsmi səfəri çərçivəsində keçirilib. Bu görüşdə iki tərəf iqtisadi, infrastruktur, təhlükəsizlik, siyasi, mədəniyyət və idman sahələrində əlaqələrin inkişafı və əlaqələrin təşviqi barədə razılığa gəldilər.
Sizin rəyiniz