İRNA-nın Əl-Mənar kanalına istinadən verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah öz icra müavini, Əbu Səlim kimi tanınan Hacı Məhəmməd Yağinin vəfatının yeddinci günü mərasimində deyib: Livan İslami Müqaviməti üç ay ərzində 670-dən çox əməliyyat keçirib və 84 sərhəd mövqeyini bir dəfədən çox hədəf alıb.
Livan Hizbullahının baş katibi əlavə edib: Hizbullahın əməliyyatlarında hərbi hədəflər vurulub və sionist rəsmilərin məlumatına görə, bu bölgənin yaşayış məntəqələrindən 300 min insan öz evlərini tərk edərək didərgin düşüb.
O deyib: Bufer zona həmişə bizim ərazimizdə və sərhədimizdə olub. İlk dəfə olaraq isə, işğal olunmuş Fələstin ərazisində 7 kilometr dərinliyə köçürülüb.
O, çıxışının başqa bir hissəsində deyib: Livan İslami Müqaviməti Əl-Əqsa tufanından sonra bəzi günlərdə 23-ə qədər əməliyyat, ümumilikdə isə 670-dən çox əməliyyat keçirib. Bu əməliyyatlarda 84 sərhəd mövqeyi hədəfə alınıb.
İstifadə etdiyimiz raketlər nöqtə vuran raketlərdir. Bu əməliyyatlarda düşmənin casus texnikaları hədəfə alınıb.
Sizin rəyiniz