İRNA-nın (çərşənbə axşamı) məlumatına görə, Yəmən Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi ölkənin “Əl-Məsirə” telekanalına verdiyi açıqlamasında deyib: “ABŞ və İngiltərənin Yəmənə hücumlarının məqsədi bu ölkəni Qəzzanı dəstəkləməkdən çəkindirmək üçün yeni cəhddir, yaxud Yəməndə dəniz əməliyyatlarının dayandırılmasıdır və buna nail olmayacaq.”
Yəmənin Ali Siyasi Şurasının üzvü vurğulayıb ki, Yəmənin (sionist rejimin gəmilərinə qarşı) həyata keçirdiyi dəniz əməliyyatı Qəzzə xalqına qarşı soyqırımı və mühasirəni dayandırmaq üçündür. Halbuki, amerikalılar cinayətkar və terrorçu İsrail rejimini qorumaq üçün Yəmən xalqını bombalayırlar. Bu iki variant arasında əsaslı fərq var.
Sizin rəyiniz