29 yanvar 2024 at 11:58
Jurnalist kodu: 5487
Xəbər kodu: 85369097
T T
0 Persons
Kənani: Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İrandan əmr almırlar

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “Bölgədəki müqavimət qrupları öz qərar və hərəkətlərində İrandan əmr almırlar, İran onların Fələstin xalqına necə dəstək verəcəyi, özünü və ölkəsinin xalqını hər hansı təcavüz və işğala qarşı necə müdafiə edəcəkləri ilə bağlı qərarlarında iştirak etmir.”

İRNA-nın xarici siyasət sahəsi üzrə bölməsinin verdiyi xəbərə görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Amerika qüvvələrinə hücum edilməsi ilə bağlı xəbərə münasibət bildirərək deyib: “İran İslam Respublikası Qəzzada mövcud böhranın başlanğıcından bəri, sionist rejimin Fələstin xalqına qarşı davam edən hücumları səbəbindən regionda münaqişənin əhatə dairəsinin genişləndirilməsi təhlükəsi ilə bağlı, həmçinin, Amerikanın Qəzza və İordan çayının qərb sahilində fələstinlilərin soyqırımına hərtərəfli dəstəyi barədə dəfələrlə xəbərdarlıq edib, Amerika qüvvələri tərəfindən İraq və Suriyanın milli suverenliyinin davamlı və dəfələrlə pozulmasını, İraq, Suriya və Yəmən qruplarına və xalqlarına qarşı bombardman və hücumları bu qeyri-sabitlik dövrəsini şiddətlənməsinin səbəbi hesab edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .