Yəmənlilər Səadada Qəzza əhalisinə kütləvi dəstək nümayişi keçirdi

Tehran - İRNA - Yəmənin şimalında Səada əhalisi Qəzza əhalisinə dəstək və sionist rejimin cinayətlərini, Amerika və İngiltərənin Yəmənə təcavüzünü pisləyən kütləvi nümayiş keçirib.

Səada əhalisi qəzzalılara dəstək məqsədilə “Qələbəyə qədər Qəzzə əhalisi ilə birlikdə” başlığı altında 14 müxtəlif marşrutda kütləvi nümayişlər keçirib, Fələstinin bu zolağında son 5 aydır ki, sionist rejimin Qəzzadakı cinayətlərini və bu rejimin ABŞ-ın dəstəyi ilə təcavüzünü pisləyən şüarlar səsləndiriblər.

Nümayiş iştirakçıları Amerikanın atəşkəsə qarşı üçüncü dəfə veto hüququndan istifadə etməsini və Qəzza zolağında vəhşicəsinə törədilən qətliamları dayandırmaq qərarına qarşı çıxmasını şiddətlə pisləyiblər.

0 Persons

Sizin rəyiniz

You are replying to: .