27 fevral 2024 at 18:27
Jurnalist kodu: 5561
Xəbər kodu: 85400322
T T
0 Persons

Tags

İran İsveç təhlükəsizlik xidmətinin qeyri-real iddialarına etiraz edib

Tehran - İRNA - İranın İsveçdəki səfirliyi İsveç təhlükəsizlik xidmətinin İrana qarşı illik hesabatına etiraz olaraq bəyanat yayıb, onu məsuliyyətsiz hərəkət və diplomatik münasibətlərdə gözlənilən atmosferə zidd adlandırıb.

İran İslam Respublikasının Stokholmdakı səfirliyi bəyanat yayaraq İsveç təhlükəsizlik xidmətinin (SAPO) illik hesabatında heç bir real əsas olmadan İran İslam Respublikasının adının İsveçə qarşı təhdidlərdən biri kimi qeyd edilməsinə etirazını bildirib və ölkəmizə qarşı ittihamları rədd edib.

Ölkəmizin səfirliyi vurğulayıb ki, İran beynəlxalq standartlara və qaydalara əsaslanaraq dünya ölkələri ilə diplomatik münasibətlərini tənzimləyir və İsveçlə ikitərəfli münasibətlərin bütün tələblərinə hörmətlə yanaşaraq, bu çərçivədə əlaqələri inkişaf etdirməyə və gücləndirməyə çalışır.

Bəyanatın davamında yazılıb: “Hesab edirik ki, İsveçin rəsmi dövlət qurumunun başqa ölkəyə qarşı əsassız və sübuta yetirilməmiş iddialar irəli sürməsi məsuliyyətsiz hərəkətdir və diplomatik münasibətlərdə gözlənilən atmosferə ziddir. İsveç hökumətini İran İslam Respublikasına qarşı yalan məlumat və təxribat xarakterli bəyanatlar dərc etməkdən çəkinməyə, ikitərəfli münasibətləri düzgün yola salmaq üçün kömək etməyə çağırırıq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .