İRNA-nın müxbirinin verdiyi məlumata görə, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla çərşənbə axşamı Təhlükəsizlik Şurasının Suriyadakı vəziyyətlə bağlı iclasında əlavə edib: Sakit asayiş mühitinə baxmayaraq, Suriya hələ də ciddi problemlərlə üz-üzədir, onlardan ən ciddisi bu ölkənin bəzi hissələrini işğal etmiş xarici qüvvələrdir. Təhlükəsizlik Şurası tərəfindən terror qruplaşması kimi tanınan bu əcnəbilərin bəzi əraziləri nəzarətə götrməsi, həmçinin İsrail rejiminin Suriyaya qarşı davam edən təcavüzü beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.
İrəvani: İran öz tərəfdaşları ilə birlikdə Suriyada vəziyyətin normallaşması üçün səy göstərməyə sadiqdir
27 fevral 2024 at 21:53
Xəbər kodu:
85400489
Nyu-York - İRNA - İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bəyan edib: İran İslam Respublikası Astana prosesindəki tərəfdaşları ilə birlikdə Suriyada və onun ətrafında uzunmüddətli və sabit bir şəkildə vəziyyətin normallaşması istiqamətində səy göstərməyə sadiqdir.
Sizin rəyiniz