-
Prezident Şəhid Rəcai Limanında baş verən partlayış hadisəsinin idarə olunmasını nəzarətdə saxlayır
Prezident “Şəhid Rəcai Limanı” hadisəsini anbaan izləyir və vəziyyəti idarə etmək üçün xüsusi göstərişlər verib, hadisə zamanı yaralananlara kömək etmək üçün bütün resursları səfərbər etməyə çağırıb.
-
Pezeşkiyan: Biz regional həmrəylik vasitəsilə terrorizmin köklərini kəsməliyik
Prezident Hindistanın Pahalqam şəhərində baş verən terror hadisəsini qətiyyətlə pisləyərək, bu ölkənin hökumətinə və xalqına başsağlığı verməklə yanaşı, terrorizmlə mübarizədə region ölkələrinin əməkdaşlığının və bu ortaq təhlükəyə qarşı həmrəyliyin zəruriliyini vurğulayıb.
-
Pezeşkiyan: İran sülh və əmin-amanlığın möhkəmləndirilməsi üçün istənilən tədbiri dəstəkləyir
Tehran - İRNA - Prezident İran İslam Respublikasının sülh və əmin-amanlığın bərqərar olması və möhkəmləndirilməsinə yönəlmiş istənilən və bütün tədbirləri alqışladığını və dəstəklədiyini bəyan edərək deyib: “Sülh və etimad ölkələr arasında iqtisadi, ticarət, mədəni və siyasi əməkdaşlığın dərinləşməsinə daha davamlı olmasına səbəb olur.”
-
Əraqçi: Danışıqların prosesi və sürətindən razıyıq - Tehran və Vaşinqtondakı fikir ayrılıqlarını daha çox araşdırmaq lazımdır
Tehran - İRNA - İranın Xarici İşlər naziri və İran-Amerika dolayı danışıqlarında danışıqlar qrupunun rəhbəri Omanın paytaxtı Maskatda bu danışıqların üçüncü raundu başa çatdıqdan sonra jurnalistlər qarşısına çıxaraq, onların suallarını cavablandırıb.
-
Salehi Əmiri: İran İƏT üzv ölkələri ilə turizm əməkdaşlığını gücləndirməyə çalışır
Tehran - İRNA - Mədəni İrs, Turizm və Əl Sənayesi naziri İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin Türkiyənin Ərzurum şəhərində keçirilən 6-cı iclası çərçivəsində İranın 2028-ci ilə qədər 15 milyon turist cəlb etmək kimi əsas məqsədlərindən danışıb, turizm sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsini və onun infrastrukturuna sərmayələrin yatırılmasını vurğulayıb.
-
Omanın xarici işlər naziri: Gələn həftə danışıqların yeni raundu keçiriləcək
İran və ABŞ arasında bugünkü danışıqlarda qarşılıqlı hörmət və uzunmüddətli öhdəliklərə əsaslanan razılaşmanın əldə edilməsi üçün birgə səylər vurğulanıb.
-
Moskva: Rusiya və İran yeni quru qaz marşrutları üzərində işləməyə hazırdır
Tehran - İRNA - Rusiya hökuməti bəyanat yayaraq Moskva və Tehranın yeni quru qaz marşrutları üzərində işləməyə hazır olduqlarını açıqlayıb.
-
Erməni soyqırımının 100-cü ildönümünə həsr olunmuş anım mərasimi
Erməni soyqırımının 100-cü ildönümünə həsr olunmuş “24 aprel” mərasimi cümə axşamı (24 aprel) iki gün ərzində bir qrup erməni vətəndaşın iştirakı ilə Tehran Erməni Yeparxiyasında keçirilib.
-
Ali Məqamlı Rəhbər: Qəzzə və Livan xalqı müqavimətləri ilə imamların yolunda hərəkət edir
Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri İmam Sadiqin (ə) şəhadəti münasibətilə keçirilən əzadarlıq məclisində deyib: “Qəzzə və Livan xalqı öz müqaviməti ilə əslində, hidayət imamlarının yolunda hərəkət edirlər.”
-
İranın nüvə proqramı İran, Çin və Rusiyanın Qrossi ilə dördtərəfli görüşünün əsas mövzusu
London - İRNA - Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri bildirib ki, bu gün (24 aprel, cümə axşamı) İran, Çin və Rusiya nümayəndələri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə dördtərəfli görüşdə İranın nüvə proqramının vəziyyətini müzakirə ediblər.
-
Neft naziri: İran-Rusiya ticarət potensialı hazırkı rəqəmlərdən böyükdür
Moskva - İRNA - Neft naziri İran və Rusiya arasında cari illik təxminən beş milyard dollarlıq ticarətə toxunaraq deyib: “İki ölkə arasında ticarət mübadiləsinin imkanları indiki rəqəmdən çox böyükdür.”
-
Əraqçı: Mən bir daha Avropaya diplomatiya təklif edirəm
Tehran - İRNA - Xarici İşlər naziri İranın üç Avropa ölkəsi ilə əlaqələrinin son illərdə enişli-yoxuşlu olduğuna işarə edərək deyib: “Yenə də Avropaya diplomatiya təklif edirəm və onların fərqli bir yol formalaşdırmaq imkanı var.”
-
Təxt Rəvançi: Papa Fransiskin ədalətsizliyə qarşı cəsarətli mövqeyi unudulmayacaq
Tehran - İRNA - Xarici İşlər nazirinin siyasi məsələlər üzrə müavini Vatikanın Tehrandakı səfirliyində olub, Roma Papası Fransiskin vəfatı ilə bağlı xatirə kitabını imzalayaraq deyib: “Papa Fransisk nümunəvi altruizmi ilə həmişə məzlumların, zorakılıq və qəddarlığın qurbanlarının köməyinə gəlib və onun zülmə, ayrı-seçkiliyə, ədalətsizliyə qarşı göstərdiyi cəsarətli mövqeləri unudulmayacaq.”
-
Qəzzədə sionist əsirin yeni videosu yayıldı
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzzədəki sionist əsirlərdən birinin yeni videosunu yayıb. Bu videoda əsir düşmüş hərbçi özünün çətin vəziyyətini izah edərək, sionistləri sionist rejimi əsir mübadiləsi aparmağa məcbur etmək üçün geniş nümayişlər keçirməyə çağırır.
-
Əraqçi: Təhlükəsizlik qüvvələrimiz istənilən təxribat və terror əməliyyatına qarşı hazırdır
Tehran - İRNA - Xarici İşlər naziri yazıb: “Bizim kəşfiyyat və təhlükəsizlik qüvvələrimiz əvvəlki halları nəzərə alaraq, bizi qanuni cavab verməyə məcbur etmək üçün nəzərdə tutulmuş hər hansı təxribat və terror əməliyyatlarına qarşı tam hazırdır.”
-
Milli Xizək Çempionatı
Yeniyetmələr yaş qrupları üzrə Rambod Şəriətipur Milli Xizək Çempionatı çərşənbə günü (23 aprel) Dizin Əlborz Beynəlxalq Xizək Mərkəzində ən yüksək nəticə göstərənlərin təqdim edilməsi ilə başa çatdı.
-
Əraqçi: Pezeşkiyan tezliklə Çinə səfər edəcək
İranın Xarici İşlər naziri çinli həmkarı ilə görüşdən sonra deyib: “Çinin Xarici İşlər naziri ilə uzun və strateji söhbətim oldu. Demək olar ki, ikitərəfli münasibətlərlə bağlı bütün məsələləri və beynəlxalq məsələləri müzakirə etdik.”
-
Xətibzadə: İran konkret prinsiplər və meyarlar əsasında danışıqlar aparır
Tehran - İRNA - Xarici İşlər nazirinin müavini və nazirliyin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru deyib: “ABŞ-la danışıqlarda gördüyümüz işlər mərhələ-mərhələ danışıqlar apardığımız və danışıqları davam etdirəcəyimiz prinsip və meyarlara əsaslanır.”
-
Qrossi: İran nüvə danışıqlarında ciddidir
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bu gün İran və ABŞ arasında nüvə müzakirələrinin gedişi ilə bağlı verdiyi açıqlamada deyib: “Tehran və Vaşinqton arasında danışıqların davam etməsindən məmnunam.”
-
Məhkəmə Sisteminin sədri Hançjoudan Tehrana yola düşüb
Məhkəmə Sisteminin sədri və onu müşayiət edən nümayəndə heyəti bir neçə dəqiqə əvvəl Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin məhkəmə sistemləri rəhbərlərinin 20-ci Zirvə Toplantısı başa çatdıqdan sonra Hançjoudan Tehrana yola düşüb.
-
Qızıl, gümüş və bürünc medallar İran taekvondoçularının ilk gündə qazandıqları
Tehran - İRNA - Ölkəmizin taekvondoçuları Dünya Federasiyası Prezidenti Kubokunun ilk gününün yekununda dörd qızıl, bir gümüş və üç bürünc medal qazanıblar.
-
Əraqçi BAEA-nın baş direktoru ilə telefonla danışıb
Xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə telefonla danışığında, ABŞ-la dolayı danışıqlardakı son hadisələr barədə danışıb.
-
İran-ABŞ texniki-ekspert görüşü şənbə günü keçiriləcək
Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi şənbə günü İran və ABŞ arasında texniki-ekspert iclasının keçiriləcəyini açıqlayıb.
-
Birinci vitse-prezident biliyə əsaslanan məhsullar sərgisini ziyarət edib
Çərşənbə axşamı günü (22 aprel) axşam saatlarında Birinci vitse-prezident Məhəmmədrza Arif İran Beynəlxalq İnnovasiya Zonasına və zonanın üzv şirkətlərinin bilik əsaslı və texnoloji məhsulları sərgisinə baş çəkib. Prezidentin lm, texnologiya və biliyə əsaslanan iqtisadiyyat üzrə köməkçisi və Tehran valisi də bu ziyarətdə iştirak ediblər.
-
Möhsini Ejeyinin 7 ölkənin ədliyyə rəsmiləri ilə görüşü; İranlıların hüquqlarının təmin edilməsi danışıqların əsas mövzusu
Tehran - İRNA - Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Məhkəmə Sistemləri rəhbərlərinin 20-ci Sammitində iştirak etmək üçün Çinin Hançjou şəhərinə səfər etmiş Məhkəmə Sisteminin sədri deyib: “Region ölkələrinin (Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri) məhkəmə rəsmiləri ilə görüşdə onlardan şəxslərin hüquqi problemlərini asanlaşdırmağı və sürətləndirməyi, bu sahədə, xüsusilə hüquqi problemlərlə üzləşmiş insanların ailələri üçün diqqəti artırmağı istədik.”
-
Putin və Oman Sultanı İranın nüvə proqramını müzakirə edib; Uitkoff Moskva yolunda
Moskva - İRNA - Rusiya Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi deyib: “Rusiya və Oman liderləri çərşənbə axşamı Moskvada apardıqları danışıqlarda İranın nüvə proqramı məsələsini də müzakirə ediblər.”
-
İran danışıqlarda ciddidir və gecikmə tərəfdarı deyil
Tehran - İRNA - İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü deyib: “Milli Təhlükəsizlik Komissiyasının bugünkü iclasında iştirak edən Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini vurğuladı ki, İran İslam Respublikası danışıqlara ciddi yanaşır və heç bir gecikmə istəmir. Qarşı tərəf də öz ciddiliyini nümayiş etdirməli və danışıqları pozmağa çalışan sionist rejimin təzyiqlərinə boyun əyməməlidir.”
-
Əl-Qəssamın "Kəsr əl-Seyf" pusqusu və Səraya Əl-Qudsun sionist rejimin 2 PUA-sını ələ keçirməsinin təfərrüatları
Tehran - İRNA - HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları yaydığı bəyanatda öz döyüşçülərinin Beyt Hanun şərqində birləşmiş pusqusunun təfərrüatlarını açıqlayıb və Cihad Hərəkatının hərbi qanadı olan Səraya Əl-Qüds də Qəzzənin şərqində sionist rejimə aid pilotsuz uçan aparatına nəzarəti ələ keçirdiyini bildirib.
-
İranda Açıq RoboCup yarışı
19-cu İran Açıq RoboCup yarışı bazar günü (20 aprel) Tehran Beynəlxalq Sərgi Mərkəzində 360 yerli və xarici komanda şəklində 2000-dən çox tələbə və şagirdin iştirakı ilə keçirilib.
-
Omanın Xarici İşlər naziri: İran-ABŞ danışıqları sürətlənir
Tehran - İRNA - Omanın Xarici İşlər naziri İran-ABŞ danışıqlarının ikinci mərhələsi başa çatdıqdan sonra yazıb: “İranın Xarici İşlər naziri və ABŞ prezidentinin nümayəndəsinə bugünkü danışıqlarda çox konstruktiv yanaşmalarına görə təşəkkür etmək istəyirəm.”