22 aprel 2025 at 21:57
Jurnalist kodu: 5561
Xəbər kodu: 85811477
T T
0 Persons

Əraqçi BAEA-nın baş direktoru ilə telefonla danışıb

22 aprel 2025 at 21:57
Xəbər kodu: 85811477
Əraqçi BAEA-nın baş direktoru ilə telefonla danışıb

Xarici işlər naziri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə telefonla danışığında, ABŞ-la dolayı danışıqlardakı son hadisələr barədə danışıb.

Seyid Abbas Əraqçi Çinə rəsmi səfəri ərəfəsində Vaşinqtonda olan Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi ilə telefonla danışıb.

Əraqçi İran İslam Respublikasının diplomatiya yolunu seçməkdə xoşməramlılıq və ciddiliyə əsaslanan yanaşmasına işarə edərək, Qrossini ABŞ ilə dolayısı danışıqlar prosesinin son vəziyyəti ilə bağlı məlumatlandırıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru da İranın məsuliyyətli yanaşmasını yüksək qiymətləndirib və agentliyin Əsasnaməsinə uyğun olaraq, təşkilatın vəzifə və səlahiyyətləri əsasında bu prosesdə istənilən yardımı göstərməyə hazır olduğunu bəyan edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .