Məsud Pezeşkiyan bu gün Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovun telefon zənginə cavabında iki ölkə arasında münasibətlərin və əməkdaşlığın, xüsusilə iqtisadi, ticarət və mədəni sahələrdə artan tendensiyadan məmnunluğunu ifadə edərək deyib: “Ümidvaram ki, yaxın vaxtlarda Tehranda keçiriləcək iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya iki ölkə arasında sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinə, həmçinin qarşılıqlı əlaqələrin səviyyəsinin yüksəldilməsinə səmərəli töhfə verəcək.”
Prezident Türkmənistan Xalq Məsləhət Şurası sədrinin onu Türkmənistana dəvət etməsi və 2025-ci ilin “Sülh və Etibar” adlanması ilə əlaqədar bu ölkədə keçiriləcək “Sülh və Etibar” beynəlxalq sammitində iştirak təklifinə görə minnətdarlığını bildirərək deyib: “Bu gün bəşəriyyətin çatışmayan cəhəti sülh və inamdır və bu təklifi təqdim etməkdə təşəbbüsünüz təqdirə layiqdir.”
Pezeşkiyan Türkmənistanın Milli liderinin Xəzər dənizinin su səviyyəsinin azalması və ekoloji risklərin artması ilə bağlı narahatlığına da toxunaraq deyib: “Sizin bu məsələ ilə bağlı Xəzəryanı dövlətlərin liderlərinin sammitinin keçirilməsi təklifinizi alqışlayıram və Xarici İşlər nazirinə tapşıracağam ki, bu görüşün təşkili üçün digər sahilyanı ölkələrin xarici işlər nazirləri ilə koordinasiya yaratsın.”
Sizin rəyiniz