BMT Baş katibi Antonio Quterreş 1403-cü ilin Novruz bayramı münasibətilə təbrik müraciətində deyib: “Əziz dostlar, Novruz yaradılış və yeni başlanğıc bayramıdır. Yeni ilin başlanğıcı, baharın gəlişi və təbiətin yenidən doğulması.”
Antonio Quterreş əlavə edib: “Bu bayram müxtəlif nəsillərdən və millətlərdən olan milyonlarla insanı bir araya gətirir. Bu çətin dövrdə Novruz dialoqu, mehriban qonşuluğu və barışığı təşviq edir.”
BMT Baş katibi müraciətinin davamında bildirib: “Bu bayram Birləşmiş Millətlər Təşkilatının məqsəd və dəyərlərini, insan hüquqlarını və insan ləyaqətini təbliğ edir. Odur ki, gəlin, hamımız Novruz əhval-ruhiyyəsini rəhbər tutaq. Gəlin, fikir ayrılıqlarını həll etmək, birliyi gücləndirmək və bir-birimizə dəstək olmaq üçün güc tapaq.”
BMT Baş katibi: Novruz hamıya sülh və əmin-amanlıq gətirsin
20 mart 2024 at 14:13
Xəbər kodu:
85423295
Nyu-York - İRNA - BMT Baş katibi Antonio Quterreş Novruzun gəlişi və 1403-cü Günəş ilinin başlaması münasibətilə etdiyi müraciətdə Novruzun hamıya sülh və əmin-amanlıq gətirəcəyinə ümidvar olduğunu bildirib.
Sizin rəyiniz