İran İslam Respublikasının Xarici İşlər naziri Novruz bayramı münasibətilə həmkarlarına ünvanladığı müraciətdə bildirib:
Bölgə xalqlarının ortaq sivilizasiya sahəsində mədəniyyət və sivilizasiya yaradan əcdadlarımızın min illik ortaq mədəni və sivilizasiya irsi olan Novruz bayramı münasibətilə Sizi, o dost və qonşu ölkənin hökumətini və xalqını təbrik edir, sevinc arzulayıram.
İran İslam Respublikası hökuməti və xalqı qonşuluq siyasəti çərçivəsində Novruz sivilizasiyası ölkələri ilə əlaqələrin inkişafını və genişlənməsini qüvvətlə və dostluq bağlarının dərinləşməsinə uyğun olaraq, ortaq maraqlara əsaslanan əlaqələri və əməkdaşlığı ciddi şəkildə izləyir.
Sizin rəyiniz