26 mart 2024 at 17:04
Jurnalist kodu: 5487
Xəbər kodu: 85428024
T T
0 Persons

Tags

Ali Məqamlı Rəhbərin tərcümə olunmasını istədiyi Fələstin haqqında şeir

Tehran - İRNA - Əhli-beytin (ə) kərimi İmam Həsən Müctəbinin (ə) mübarək mövlud gecəsi bir qrup şair, mədəniyyət və ədəbiyyat adamı İslam İnqilabının Ali Rəhbəri ilə görüşdü. Bu görüşdə Ali Məqamlı Rəhbər oxunan şeirlərdən birinin tərcümə olunmasını istədi.

Görüşdə gənc və əməkdar şairlərdən 40 nəfəri müxtəlif dini, ictimai və siyasi mövzularda öz şeirlərini oxudular.

Bu görüşdə oxunan şeirlər arasında Qəzza xalqının müqaviməti və sabitliyi mövzusunda söylənmiş Əli Səlimyanın qəzəli də var idi. Qəzəlin bir hissəsində deyilir:

Əgər Allahın tədbiri tədbirdir, görəcəksən ey şeytan!

Yəhuda çəkilər çarmıxa və İsa diri qalar

Dağılar, bəli sionistin puç heybəti

Əl-Əqsa Tufanı qeyrəti daim diri qalar

Şəhadəti anlamırlar, kordurlar, görmürlər

Fələstin dəmbədəm ölür, amma diri qalır

Aparar gorun dibinə İblis öz arzusunu

Zirvələr başında “inna fətəhna” diri qalar

Şairlərin öz şeirlərini oxumasından sonra həzrət Ayətullah Xamenei bu qəzələ işarə  edərək dedi: “Tərcümə üçün hərəkat olmalıdır. Bu qəzəl tərcümə olunsa, Qəzzada təlatüm yaradacaq. Bu ton, ifadə və hiss çatdırılmalıdır. Həmin insanların və mübarizlərin belə bir təşviqə ehtiyacı var.”

Sizin rəyiniz

You are replying to: .