16 aprel 2024 at 16:59
Jurnalist kodu: 5487
Xəbər kodu: 85446922
T T
0 Persons
Sionist rejimin təhlükəsizlik institutu: Amerika və İsrail İranın hücumunun qarşısını ala bilmədi

Tehran - İRNA - Sionist rejimin təhlükəsizlik araşdırmaları institutu, İranın Dəməşqdəki konsulluğuna Təl-Əvivin bu yaxınlarda etdiyi hücuma Tehranın pilotsuz təyyarə və raket cavabını araşdırmasında strateji baxımdan İsrail və Amerikanın İranın bu hücumunun qarşısını ala bilmədiyini etiraf edib.

Sionist rejimin təhlükəsizlik araşdırmaları institutu bununla bağlı bildirib: “Strateji baxımdan İsrail və Amerika İranı bu hücumdan saxlaya bilmədi.”

Bu institutun məlumatına əsasən, İran İsrail rejiminə ziyan vura bilib.

Sionist rejimə aid institut həmçinin qeyd edib ki, İsrail İran tərəfindən atılan 200 raket və 300 pilotsuz təyyarə ilə misli görünməmiş dramatik gecənin şahidi olub.

Bununla bağlı sionist medialar da etiraf edib: Biz görünməmiş və açıq-aşkar təhqirlə üzləşdik və İsrailin çəkindirmə qabiliyyəti çökdü.”

Bu mediaların bildirdiyinə görə, İran cavabında cəsarətini, atəş və əməliyyat gücünü sübut etdi və İsrailə qarşı çəkindiricilik yaratdı.

Sionist KİV-lərin etirafına əsasən, İran dünən gecə oyun qaydalarını dəyişdi və regionda yeni balans yaratmağa çalışır.

Bu KİV-lərin dəyərləndirməsinə görə, sionist rejim 6 cəbhədə qızğın müharibədədir və indi ona 7-ci cəbhə əlavə olunub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .