Reuters xəbər agentliyi yazıb ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu gün X sosial şəbəkəsində Ermənistanın dörd sərhəd kəndini bu ölkəyə qaytarmağa razılıq verdiyini yazıb.
Hacızadə yazıb ki, bu dörd kənd 1990-cı illərin əvvəllərindən Ermənistanın nəzarətində olub və onların geri qaytarılması “tarixi hadisədir”.
“Reuters” Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına istinadən yazıb ki, iki ölkə mübahisəli dörd sərhəd bölgəsi ilə bağlı ilkin razılığa gəlib.
Rəsmi Bakı bəyan edib ki, kəndlərin qaytarılması sülh sazişinin əldə edilməsi və iki ölkə arasında otuz ildən çox davam edən münaqişəyə son qoyulması üçün zəruri ilkin şərtdir.
Reuters əlavə edib ki, bugünkü razılaşma iki ölkənin baş nazir müavinlərinin sədrliyi ilə keçirilən görüşdə əldə olunub və bu, tərəflər arasında danışıqların gedişatının ən bariz göstəricisidir.
Sizin rəyiniz