İnqilabdan əvvəl 15 siyasi məhbusun açdığı iddiadan sonra Tehran Ümumi və Hüquq Məhkəməsinin 55-ci Şöbəsi (beynəlxalq məhkəmələrə baxan xüsusi şöbə), SAVAK-ın qurulmasında və genişlənməsində iştirak etdiyi və həmçinin Pəhləvi diktatura rejimini dəstəklədiyi üçün, ABŞ hökumətinin iddiaçılara bir milyard dollar maddi, mənəvi və cəza təzminatı ödənilməsi üçün qərar çıxarıb.
Müvafiq sənədlər əsasında Pəhləvi diktatura rejiminin İran xalqına qarşı qeyri-insani cinayətlərindən xəbərdar olan Amerika hökuməti SAVAK-ın (Məhəmməd Rza Şah Pəhləvi dövründə Ölkə Kəşfiyyat və Milli Təhlükəsizlik Təşkilatı) yaradılması planını dövlət başçısına təqdim edib. Daha sonra, SAVAK üzvləri üçün təlim kursları keçirərək, insanların həbsinə dəstək verərək SAVAK-a kömək etdi və bu baxımdan o, nəinki İran xalqının öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşmayıb, hətta Pəhləvi diktatura təşkilatının cinayətlərinə dəstək verməklə insani prinsipləri pozmuşdur.
Sizin rəyiniz