20 aprel 2024 at 16:11
Jurnalist kodu: 5487
Xəbər kodu: 85451016
T T
0 Persons

İranlı şair Sədi Şirazi Ali Məqamlı Rəhbərin baxışında

20 aprel 2024 at 16:11
Xəbər kodu: 85451016
İranlı şair Sədi Şirazi Ali Məqamlı Rəhbərin baxışında

1 ordibehişt (20 aprel) İranın məşhur şairi Sədi Şirazinin ildönümüdür. İranın Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei bir neçə çıxışında bu böyük şairi vəsf edib.

İslam İnqilabının Ali Rəhbəri 30 aprel 2008-ci ildə Şiraz əhalisi ilə görüşündə Şirazın böyük şəxsiyyətlərini tərifləyərək demişdir: “Ədəbiyyat və sənət sahəsində Sədi və Hafiz fars dili və fars ədəbiyyatının iki parlaq incisidir. Bu, kiminsə tanıtmaq istədiyi bir məsələ deyil.” 

Həzrət Ayətullah Xamenei 15 sentyabr 2008 il tarixdə mübarək Ramazan ayında şairlərlə görüşündə Sədinin əxlaqi şeir yazmaqda qüdrətinin zirvəsi haqqında belə demişdir: “Sədi əxlaqi şeir və nəsihət poeziyası baxımından zirvədədir.” 

Həmçinin 25 noyabr 1984-cü ildə Sədinin Anım Konfransına göndərdikləri müraciətdə Sədini fars ədəbiyyatının sabit təməllərindən biri hesab edib və bu böyük şairin sənətini uca tutaraq yazıb: “Sədinin uca tutulması təkcə şeirin, bəlağətli nəsrin uca tutulması deyil, həm də fəsahətli əxlaqın, hikmətin və elmin qeyd edilməsidir.” 

Ali Məqamlı Rəhbər bu müraciətdə əlavə edib: “Şübhəsiz ki, Sədi fars ədəbiyyatının möhkəm bünövrəsi, şeir və nəsrin məhsulu olan bugünkü mədəniyyətimizin şanlı vücudunun ən layiqli üzvlərindən biridir.” 

Həzrət Ayətullah Xamenei Sədinin nəsihətlərinin Quran və hədis təlimlərindən qaynaqlandığını qeyd edərək deyib: Onun zəhmət tələb etməyən və şəffaf danışıq tərzi bu böyük xalq və sevgi müəlliminin daha bir üstünlüyüdür. Onun sözləri saf su axını kimi dinləyicinin ruhunun zərrə-zərrə hər hissəsinə axır, heç bir süni toz olmadan ürəyinə hopur.”

Sizin rəyiniz

You are replying to: .