24 aprel 2024 at 11:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85455420
T T
0 Persons

Tags

HƏMAS rəsmisi: Bizim əlimizdə 30 israilli general və yüksək rütbəli zabit var

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək vəzifəli üzvü deyib: Təkcə HƏMAS-ın əlində 30 İsrail generalı və yüksək rütbəli zabiti var.

Adı açıqlanmayan bu məmur “Əl-Ərəbi Əl-Cədid”-ə müsahibəsində əlavə edib: Biz sağ olan israilli məhbusların sayını açıqlaya bilmərik, lakin onların sayı İsrail mediasında açıqlanan statistik məlumatlardan xeyli çoxdur. 

O əlavə edib: Təkcə HƏMAS hərəkatının əlində oktyabrın 7-də hərbi qərargahlardan və bəzi həssas təhlükəsizlik qərargahlarından əsir götürülən 30-a yaxın İsrail generalı və yüksək rütbəli zabiti var. 

HƏMAS-ın bu yüksək rütbəli üzvü daha sonra deyib: Bu əsirlər ciddi mühafizə olunan və işğalçı qüvvələrin əli çatmayan yerlərdə saxlanılır və onlara çıxış heç bir halda mümkün deyil.

0 Persons

Sizin rəyiniz

You are replying to: .