12 may 2024 at 11:55
Jurnalist kodu: 5564
Xəbər kodu: 85474218
T T
0 Persons

İran rəhbərinin şəxsi kitabxanasında hansı kitablar var?

12 may 2024 at 11:55
Xəbər kodu: 85474218
İran rəhbərinin şəxsi kitabxanasında hansı kitablar var?

Tehran - İRNA - İran İslam İnqilabı rəhbərinin şəxsi kitabxanasında ən son fotosu dərc edildikdən sonra kitab sahəsində jurnalist olan Məhəmməd Sadiq Əlizadə bu fotoda görünən fəlsəfi kitabların siyahısını çıxarıb.

Əlizadə bu fotonun Ayətullah Xamenei kitabxanasının fəlsəfi bölməsində çəkildiyinə işarə edərək deyir ki, bu şəkildə Platon, Popper, Vitgenşteyn, Əllamə Təbatəbai və Ayətullah Cavadi Amuli kimi böyük filosofların kitabları görünür.

O, şəkildə adları oxuna bilən kitabların adlarını aşağıda ətraflı qeyd etdi:

Doktor Qulamhüseyn İbrahimi Dinaninin “Qəzaliyə görə mərifət məntiqi”, Bertran Rasselin “Ağılın təhlili”, Seyid Cəfər Səccadinin “Sührəvərdinin farsca məktublarının şərhi”, Karl Popperin “Açıq dünya”, Ayətullah Məhəmməd Mehdi Gilaninin tərcümə etdiyi “İlahiyyat şəfa”, Kier Kigardın “Qorxu və titrəmə”, Ayətullah Cavadi Amulinin “İnsan haqları fəlsəfəsi”, Platonun “Dövlət”, Şəhid Mütəhhərinin “Mənzumənin geniş şərhi”, Edvin Artur Burtun “Müasir elmlərin metafizik əsasları”, Ayətullah Misbah Yəzdinin “Əsfar ərbəənin (dörd səfərin) şərhi, Aristotelin “Afina hökumətinin prinsipləri”, Əllamə Təbatəbainin “Hikmətin sonu”, Lüdviq Vitgenşteynin “Məntiqi-fəlsəfi traktat”, Seyid Cəlaləddin Aştianinin “Molla Sədranın tərcümeyi-halı və fəlsəfi baxışları”, Kərim Müctəhidinin “İranlıların yeni Qərb fəlsəfələri ilə tanışlığı” və Valter Terens Steysin “Hegel fəlsəfəsi”.

0 Persons

Sizin rəyiniz

You are replying to: .