Xəyyam 1048-ci ildə Böyük Xorasanın Nişapur şəhərində anadan olub və onun həyat dövrü 1131-ci ilədək Səlcuqların hakimiyyəti dövrünə təsadüf etmişdir.
Xəyyam dünyada filosof və şair kimi tanınır, onun rübailəri bir neçə dilə tərcümə olunsa da, İranda onu daha çox riyaziyyat və astronomiya elmləri və biliyi ilə tərifləyirlər.
Nişapurda fars dili, Quran qiraəti, ərəb dili, hesab, fiqh kimi ilkin elmləri öyrənmiş, sonra həndəsə və riyaziyyatın əsas və qaydalarını öyrənmişdir.
Xəyyam gənc yaşlarında fəlsəfə və riyaziyyat elmlərində üstün ola bilmiş, sonra İsfahana getmiş və bu şəhərdə 18 il olduğu müddətdə şahın əmri ilə yaradılmış rəsədxanada astronomik tədqiqatlar aparmışdır.
Xəyyam böyük filosofdur və onun fəlsəfəsi heç vaxt öz təravətini itirməyəcək.
Fəlsəfə baxımından Xəyyamın Rübaiyyat əsəri o qədər dərin məzmunlu və bəlağətlidir və o qədər sadə, təbii və ədəbi tərzdə qələmə alınmışdır ki, gözəl ahəngi və təmsilləri ilə hamını özünə heyran edir.
Sizin rəyiniz