Müxbir əlavə edib: “Mən helikopterdə deyildim və quru yol vasitəsilə geri qayıtdım. Prezidenti müşayiət edən üç helikopter olub, onlardan ikisi geri qayıdıb. Prezident Təbriz Neft Emalı Zavodunun keyfiyyətinin yüksəldilməsi ilə bağlı açılışa görə bu şəhərə getməli idi. Hava soyuq və dumanlıdır. Bu şərait Prezidentin helikopterinin çətin enişinə səbəb olub.”
O, hava şəraiti ilə bağlı əlavə edib: “Hava çox dumanlıdır və duman çox qısa müddətdə yox olur. Amma yenə yeni duman dalğası gəlir. Hazırda dumanın səviyyə o qədər yüksəkdir ki, görmə məsafəsi 10 metrdən aşağı düşüb.”
Prezidentin helikopterinin qəzaya uğradığı ərazidən ən son məlumat
19 may 2024 at 18:51
Xəbər kodu:
85482538
Tehran - İRNA - Prezidentin komandası ilə birlikdə Culfaya ezam olunmuş televiziya müxbiri “Xəbər” telekanalının canlı proqramında deyib: “Vərziqan şəhərindəki Süngün mis mədəninin yaxınlığındayıq. Helikopterin GPS-i göstərir ki, burada çətin eniş edib. Hava dumanlıdır, görmə məsafəsi 5-6 metrdir. Ərazidən keçmək çox çətindir. Yalnız bəzi avtomobillər hərəkət edə bilir və bu, axtarışı çətinləşdirib.”
Sizin rəyiniz