Seyid İbrahim Rəisi, Xarici İşlər naziri doktor Əmir Abdullahiyan və onları müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında şəhid olmasının ardınca Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İranın Birinci Vitse-prezidenti Məhəmməd Müxbirə ünvanladığı məktubda İran Prezidenti Seyid İbrahim Rəisi, Xarici İşlər naziri Hüseyn Əmir Abdollahiyan və onları müşayət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olmaları ilə bağlı başsağlığı verib.
Həmçinin, Azərbaycan Respublikası Milli Məclisin sədri xanım Sahibə Qafarova İran İslam Respublikası İslami Şura Məclisinin sədri cənab Məhəmməd Baqir Qalibafa başsağlığı verib.
Milli Məclisnin sədri ağır itki ilə əlaqədar Məhəmməd Baqir Qalibafa, həlak olanların ailələrinə və yaxınlarına, dost və qardaş İran xalqına səbir və dözüm diləyib, öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov da ayrıca məktubda İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmmədhüseyn Baqiriyə başsağlığı verib.
Bu başsağlığı məktubunda bildirilir:
“Qardaş İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus helikopterin qəzaya uğraması nəticəsində İran İslam Respublikasının Prezidenti cənab İbrahim Rəisinin və onu müşayiət edən nümayəndə heyətinin həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, Allahdan səbir diləyirik.
Ruhları şad, xatirələri əziz olsun.
Allah rəhmət eləsin.”
Sizin rəyiniz