7 iyun 2024 at 13:39
Jurnalist kodu: 5564
Xəbər kodu: 85501141
T T
0 Persons
Atlet xanımın böyük nailiyyəti; Fəsihi Asiya qitəsinin reytinq cədvəlində lider olub

Tehran - İRNA - Fərzanə Fəsihi son yarışlarda parlayandan sonra Asiyada 100 metr məsafəyə qaçış reytinqində birinci yeri tutub.

Ümumdünya Atletika Federasiyasının açıqlamasında bildirilir ki, ölkəmizi təmsil edən sprinter qadınların fəxri, Asiya çempionu titulunu qazanma keçmişi olan Fərzanə Fəsihi bütün məşhur rəqiblərini geridə qoyub və köhnə qitənin 100 metr məsafəyə qaçış yarışında qadınlar arasında ilk pillədə qərarlaşıb.

Paris Olimpiadasına vəsiqə qazanmaq şansı qazanan ölkəmizin atletlərindən biri olan Fəsihi ardıcıl ikinci dəfə dünyanın ən mühüm idman tədbirində iştirak etməyə çalışır.

Qeyd edək ki, buna qədər Asiya qitəsinin reytinq cədvəlində ölkəmizi yalnız London Olimpiadasının ikincisi Ehsan Həddadi birinci yerdə təmsil edə bilib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .