Şeyx Əkrəm Əl-Kəbi Hizbullahın görkəmli komandirinin şəhadəti ilə bağlı başsağlığı verib və sionist düşməni bu cinayətin ağır və tez əvəzini ödəyəcəyi ilə hədələyib.
O, Talib Sami Abdullahın (Əbu Talib) şəhadəti ilə bağlı Seyid Həsən Nəsrullaha, Livan müqaviməti döyüşçülərinə və şəhidin ailəsinə başsağlığı verib.
Əl-Kəbi şəhid Əbu Talibi xalis İslam dəyərlərinin fədakarı kimi səciyyələndirib və vurğulayıb: “Doğruçu kişilər bu pak qanlar üçün düşməni tezliklə ağır və ikiqat bədəl ödəməyə məcbur etməyə əhd bağlayıblar.”
“Düşmənlər bilsinlər ki, İraq, Livan, Suriya, Yəmən və İranın müqaviməti Qüdsü yağı işğalçıların zülmündən azad etməyincə, cihadını dayandırmayacaq” - deyə, hərəkat lideri bildirib.
Sizin rəyiniz