20 iyul 2024 at 20:15
Jurnalist kodu: 5561
Xəbər kodu: 85543869
T T
0 Persons
Sionist rejimin Yəmənin Hudeydə şəhərində neft çəninə hava hücumu

Tehran - İRNA - Sionist rejimin təyyarələri bu gün (şənbə) axşam saatlarında Yəmənin qərbindəki Hudeydə liman şəhərinə hücum edib.

İşğalçı rejim təyyarələrinin bu hücumda neft çənini hədəfə alması ətraf ərazilərdə böyük yanğına səbəb olub.

Yəmən mediası bu hücumun F-35 qırıcıları ilə həyata keçirildiyini bildirib.

Yəmənin Səhiyyə Nazirliyi bu hücum nəticəsində bir neçə nəfərin şəhid olduğunu və yaralandığını açıqlayıb.

Amerikalı bir rəsmi sionist rejimə aid “Walla” internet saytına verdiyi açıqlamada İsrailin F-35 qırıcılarının Hudeydaya hücumunu təsdiqləyib və bu hücumları Təl-Əvivə pilotsuz təyyarə hücumuna cavab kimi qiymətləndirib.

Bu amerikalı rəsminin sözlərinə görə, hücum İsrail rejimi tərəfindən dünən (cümə) Yəmənin pilotsuz təyyarələrin Təl-Əvivə hücumuna cavab olaraq həyata keçirilib.

Qeyd edək ki, sionist rejimin bu təcavüzkar hücumu cümə günü səhər saatlarında bir pilotsuz təyyarənin Təl-Əvivin hava məkanına daxil olması və Amerika səfirliyi yaxınlığındakı binanı hədəfə almasından sonra baş verir.

Yəmən Silahlı Qüvvələri bu hücumun məsuliyyətini öz üzərinə götürərək, Təl-Əvivin bundan sonra sionistlər üçün təhlükəli olduğunu elan edib.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii elan edib ki, Təl-Əviv (Yaffa) hazırda təhlükəlidir və ölkənin silahlarının əsas hədəfindədir.

Bununla bağlı xəbər mənbələri bu hücumda bir sionistin həlak olması və yeddi nəfərin isə yaralanması barədə məlumat yayıb.

Sizin rəyiniz

You are replying to: .