22 iyul 2024 at 17:35
Jurnalist kodu: 5561
Xəbər kodu: 85545890
T T
0 Persons
HƏMAS Qəzzədə soyqırımı dayandırmaq üçün beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb

Tehran - İRNA - HƏMAS beynəlxalq ictimaiyyət və BMT-ni sionist rejim tərəfindən fələstinlilərə qarşı qırğınların dayandırılması üçün təcili tədbirlər görməyə çağırıb.

HƏMAS bu gün (bazar ertəsi) Təhlükəsizlik Şurası və BMT-dən dünyanın gözü qarşısında baş verən fələstinlilərin soyqırımını dayandırmaq üçün hərəkətə keçməyi tələb edib.

HƏMAS vurğulayıb ki, Fələstin xalqı öz torpağında möhkəm dayanacaq, eləcə də Fələstin müqaviməti cinayətkar düşmənə qarşı mübarizə üçün verdiyi əhdə sadiq qalacaq.

Hərəkat onu da əlavə edib ki, işğalçılar bu bölgədən qovulana və bölgə azad olunana qədər, eləcə də qaçqınların qayıdışına və öz müqəddəratını təyin edənə kimi Qəzzə yenilməz qalacaq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .