10 avqust 2024 at 20:19
Jurnalist kodu: 5561
Xəbər kodu: 85564230
T T
0 Persons
Oman, Qətər və BƏƏ İsrailin Qəzzədə Tabein məktəbinə vəhşi hücumunu pisləyib

Tehran - İRNA - Oman, Qətər və BƏƏ xarici işlər nazirlikləri sionist rejimin Qəzzə zolağında məktəbə sığınan qaçqınlara qarşı cinayətkar hücumunu kəskin şəkildə pisləyib.

Oman Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: “Sionist işğalçı qüvvələrin Qəzzədə fələstinli qaçqınların məskunlaşdığı Tabein məktəbinə vəhşicəsinə hücumunu pisləyirik.”

Omanın Xarici İşlər Nazirliyi həmçinin bir daha beynəlxalq ictimaiyyəti sionist rejimin təcavüzünü dayandırmağa, onu cinayətlərinə görə mühakimə etməyə, həmçinin bu rejimə qarşı beynəlxalq sanksiyalar tətbiq etməyə çağırıb.

Qətər də sionist rejimin Qəzzə zolağındakı bu məktəbə hücumu ilə bağlı beynəlxalq araşdırma tələb edib.

Birləşmiş Ərəb Əmirlikləri bu məktəbin bombalanmasını qətiyyətlə pisləyib, beynəlxalq ictimaiyyətdən bölgədə vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün maksimum səy göstərməsini istəyib.

Küveytin Xarici İşlər Nazirliyi də sionist rejimin bu cinayətini pisləyərək vurğulayıb: “Tabein məktəbinin bombalanması beynəlxalq qanunların və Təhlükəsizlik Şurasının qətnamələrinin açıq şəkildə pozulmasıdır.”

Küveytin Xarici İşlər Nazirliyi bəyan edib: “Beynəlxalq ictimaiyyət və Təhlükəsizlik Şurası sionist rejimin müdafiəsiz Fələstin xalqına qarşı çirkin cinayətlərinin qarşısını almaq üçün hərəkətə keçməlidir.”

Fələstin Milli Hökumətinin Xarici İşlər Nazirliyi Tabein məktəbinə hücumu kəskin pisləyərək vurğulayıb: “Biz Təhlükəsizlik Şurasını öz qətnamələrini həyata keçirmək və sionist rejimi beynəlxalq qanunlara əməl etməyə məcbur etmək üçün təcili iclas keçirməyə çağırırıq.”

Xatırladaq ki, sionist rejimin bu gün səhər saatlarında Tabein məktəbinə sığınmış qaçqınları sübh namazı qılarkən bombalaması nəticəsində ən azı 125-dən çox fələstinli şəhid olub, yüzlərlər insan yaralanıb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .