İnqilabın Rəhbəri: Düşmənin hərbi sahədə psixoloji müharibədən məqsədi qorxu yaratmaq və geri çəkdirməkdir

Tehran - İRNA - İnqilabın ali dini lideri düşmənin hərbi sahədə psixoloji müharibədən məqsədini qorxu və geri çəkilmə yaratmaq adlandırıb və deyib: Qurani-Kərimin buyruğuna əsasən, istənilən sahədə istər hərbi sahədə, istərsə də siyasi, təbliğat və iqtisadi sahələrdə, qeyri-taktiki geri çəkilmə, Allahın qəzəbinə səbəb olacaq.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri bu gün günorta saatlarında Kohgiluyə və Boyer-Əhməd vilayətinin Milli Şəhidlər Konqresinin rəsmiləri ilə görüşdə, İranın bədxahlarının psixoloji müharibə yaratmaq və İran xalqını müxtəlif sahələrdə geri çəkilməyə məcbur etmək hiyləsinə toxunaraq, bu hiylə ilə mübarizənin yolunu öz qabiliyyətlərini bilmək və bədxahların gücünü şişirtməkdən çəkinmək adlandırıb və deyib: Şəhidlər öz fədakarlıqları və mübarizələri ilə bu psixoloji savaşa qarşı durdular və onu zərərsizləşdirdilər. Onları xatırlayarkən bu həqiqəti vurğulamaq və yaşatmaq lazımdır.

Həzrət Ayətullah Xamenei sevimli xalqa və İslami İrana qarşı aparılan psixoloji müharibənin əsas sütunlarından birini düşmənlərin imkanlarının şişirdilməsi adlandırıb və deyib: Onlar İslam İnqilabının zəfərinin əvvəlindən millətimizə müxtəlif yollarla izah və təlqin edirdilər ki, Amerikadan, İngiltərədən və sionistlərdən qorxmalısınız.

O, İmam Xomeyninin (r.ə.) xalqın qəlbindən qorxunu çıxarmasını, onlara özlərinə inam və güvən bəxş etməsini onun böyük hünəri hesab edərək əlavə etdi: Millətimiz daxili gücünə və imkanına arxalanaraq böyük işlər görməyə qadir olduğunu və düşmənin gücünün göstərdiyi qədər dolğun olmadığını hiss edirdi.

İslam İnqilabının Rəhbəri düşmənin hərbi sahədə psixoloji müharibədə məqsədini qorxu və geri çəkilmə yaratmaq adlandırdı və dedi: Qurani-Kərimin buyruğuna əsasən, istənilən sahədə istər hərbi sahədə, istərsə də siyasi, təbliğat və iqtisadi sahələrdə, qeyri-taktiki geri çəkilmə, Allahın qəzəbinə səbəb olacaq.

O əlavə etdi: Bu gün böyük və kiçik millətlərlə hegemonların tələblərinə təslim olan hökumətlər, əgər öz millətlərinə və imkanlarına arxalansalar və mübaliğədən uzaq düşmənin qüdrətinin həqiqətini bilsələr, onların tələblərinə “baş üstə” deməyə bilərlər.
 

Həzrət Ayətullah Xamenei passivlik hissini, düşmən mədəniyyətinə məftun olmaq və öz mədəniyyətinə xor baxmağı düşmənin mədəniyyət sahəsində mübaliğəsinin nəticəsi adlandırıb və deyib: Belə passivliyin nəticəsi isə qarşı tərəfin həyat tərzini qəbul etmək, hətta yad söz və ifadələrdən istifadə etməkdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .