İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda deyib: Sionist rejimin Qəzza zolağının mərkəzindəki UNRWA-ya bağlı “Əl-Cauni” məktəbini bombalaması nəticəsində indiyədək 18 Fələstin vətəndaşı şəhid olub. Bu məktəbdə minlərlə fələstinli qaçqın yaşayır.
O, qeyd edib: Qəzza zolağındakı qaçqınların məktəb və çadırları sionist rejimin gündəlik bombardmanları və raketləri üçün ən mühüm hədəf bankına çevrilib; ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Avstraliya və digər sionist rejimə bomba və raket ixrac edən dövlətlərin diqqətinə!
Sizin rəyiniz