7 oktyabr 2024 at 19:29
Jurnalist kodu: 5564
Xəbər kodu: 85620877
T T
0 Persons
Bəqai: Təhlükəsizlik Şurasının sionist rejimə qarşı hərəkətsizliyinin beynəlxalq təhlükəsizlik üçün ciddi nəticələri var

Tehran - İRNA - Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: “BMT Təhlükəsizlik Şurasının sionist rejimin müharibəni qızışdırması qarşısında hərəkətsizliyi regionda sülh və sabitliyin ciddi şəkildə pozulmasına səbəb olur, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələri vardır.”

İsmayıl Bəqai sionist rejimin Suriyaya qarşı hərbi təcavüzünü qətiyyətlə pisləyib və bu təcavüzlərin dayandırılması, işğalçı rejimin cavabdeh olması üçün regional və beynəlxalq səviyyədə ciddi addımların atılmasını tələb edib.

Mətbuat katibi Qəzzə fələstinlilərə qarşı soyqırımın davam etməsinə, Livana qarşı genişmiqyaslı təcavüzə və işğalçı rejimin Suriyaya dəfələrlə hərbi hücumlarına işarə edərək, bu vəziyyətin davam etməsini və BMT Təhlükəsizlik Şurasının sionist rejimin müharibə qızışdırmaları qarşısında hərəkətsizliyini regionda sülh və sabitliyin ciddi şəkildə pozulması, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi nəticələr hesab edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .