Briqada generalı Yəhya Səri bazar ertəsi gecə Yəmən silahlı qüvvələrinin ilk əməliyyatda Ərəbistan dənizinin cənubunda iki PUA ilə "SC MONTREAL" gəmisini hədəf aldığını açıqlayıb.
O əlavə edib: İkinci əməliyyatda “MAERSK KOWLOON” gəmisi Ərəbistan dənizində qanadlı raketlə hədəfə alınıb.
Səri deyib: Yəmən silahlı qüvvələri həmçinin bir neçə ballistik raketlə Qırmızı dəniz və Bab əl-Məndəbdəki "MOTARO" gəmisini hədəfə alıb.
Yəmən silahlı qüvvələrinin sözçüsü bu üç əməliyyatın uğurlu olduğunu açıqlayıb.
O, bildirib: Bu gəmilərə hücum onların sahibi olan şirkətlər tərəfindən işğal olunmuş Fələstinin limanlarına gedişi qadağan edən qanunun pozulması səbəbindən həyata keçirilib.
Sizin rəyiniz