Əl-Nəşrə saytı bununla bağlı xəbər verib ki, Livanın Xarici İşlər Nazirliyi ölkənin BMT-dəki daimi nümayəndəliyi vasitəsilə, BMT Təhlükəsizlik Şurasına atəşkəs razılaşmasının və 1701 saylı Qətnamənin icrasına uyğun olaraq gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə bağlı öhdəliklərin dəfələrlə pozulmasına kəskin etirazı ehtiva edən şikayət təqdim edib.
Livanın şikayət məktubunda sionist rejimin bir aydan az müddətdə (27 noyabrdan 22 dekabra kimi) atəşkəs razılaşmasını 816 dəfə pozduğu bildirilir.
Livanın şikayət məktubunda vurğulanır: “İsrailin atəşkəsi pozmaları, o cümlədən Livanın sərhəd kəndlərini bombalaması, evləri bombalaması, yaşayış məhəllələrinin dağıdılması və yolların bağlanması vəziyyəti sakitləşdirmək və hərbi eskalasiyanın qarşısını almaq səylərini sarsıdır və regionda təhlükəsizlik və sabitliyin əldə edilməsinə yönəlmiş beynəlxalq səylərə ciddi təhlükədir. Bu pozuntular Livanın 1701 saylı qətnamənin müddəalarını həyata keçirmək səylərinə də mane olur.”
Sizin rəyiniz