Sionist rejimin xüsusi təyinatlı qüvvələri bu gün İordan çayının qərb sahilinin şimalında yerləşən Nablusdakı “Əl-Əyn” düşərgəsinə hücum edib.
Tibb mənbələri həmçinin İordan çayının qərb sahilinin şimalındakı “Tamun” bölgəsinin bombardmanı zamanı “Riyan Bəni Əvdə” adlı fələstinli gəncin şəhid olduğunu bildirib.
Fələstin Qızıl Aypara Cəmiyyəti həmçinin sionistlərin İordan çayının qərb sahilinin mərkəzində Əl-Bəyrə bölgəsində Əl-Əmari düşərgəsinə hücumu zamanı bir fələstinli gəncin sionist atəşindən yaralandığını açıqlayıb.
Bununla əlaqədar olaraq, Tulkərəmdəki milli qüvvələr son 2 gündə İordan çayının qərb sahilində işğalçı qüvvələr tərəfindən şəhid olan Fələstin vətəndaşları üçün ümumi matəm elan edib.
Sizin rəyiniz