25 dekabr 2024 at 16:29
Jurnalist kodu: 5564
Xəbər kodu: 85700676
T T
0 Persons
İran Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə başsağlığı verib

Tehran - İRNA - İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Azərbaycan Respublikası təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə bağlı Azərbaycan hökuməti və xalqına başsağlığı verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqai Bakı-Qroznı marşrutu üzrə Azərbaycan Respublikasına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı acı hadisəyə toxunaraq ölkəmizin Azərbaycan, Rusiya, Qazaxıstan və Qırğızıstan hökumətinə və xalqına, xüsusilə də həlak olanların ailələrinə və yaxınlarına başsağlığı və həmdərdliyini ifadə edib, Uca Allahdan hadisədə həlak olanlara rəhmət və məğfirət, yaralananlara sağlamlıq və şəfa diləyib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .