Müqavimətin təhlükəsizlik orqanının açıqlamasına əsasən, sionist düşmən bu cihazlar vasitəsilə Fələstin vətəndaşlarının hərəkətini izləyir və bu yolla onları hədəfə alırdı.
Əl-Haris Teleqram kanalı bir müqavimət təhlükəsizlik rəsmisindən sitat gətirib: Müqavimət Təhlükəsizliyi bir vətəndaşdan məlumat alıb ki, daha əvvəl sionist rejim ordusunun hücumuna məruz qalan Qəzza şəhərindəki xəstəxanalardan birində qeyri-adi formada “tikinti daşı” var.
O əlavə etdi: Məlumatı aldıqdan sonra məxfi təhlükəsizlik qüvvələri dərhal sözügedən xəstəxanaya hərəkət etdi və ilkin araşdırmalardan sonra məlum oldu ki, binanın daşı şəklini dəyişib və içərisinə casusluq qurğusu yerləşdirilib.
Sizin rəyiniz