Yəmən Ənsarullah Hərəkatının siyasi ofisinin üzvü Həzəm Əsəd “Əl-Ərəbi” telekanalına müsahibəsində deyib: “Amerika və İngiltərə bu hücumlarla Qəzzəyə dəstəyimizi dayandırmağa çalışır.”
Hərəkatın siyasi ofisinin üzvü qeyd edib ki, bu hücumlar Qəzzə zolağında Fələstin xalqına dəstəyimizi dayandıra bilməyəcək. Onlar demək olar ki, bizim fəaliyyətimiz olmayan yerləri hədəf alırlar.
“İsrailin Qəzzəyə təcavüzü davam edərsə, biz İsrailə böyük zərbə vura bilərik; bizim cavabımız meydanda olacaq, İsrail və Amerika ilə döyüşümüz qeyri-məhduddur” - deyə, Əsəd vurğulayıb.
Sizin rəyiniz