Ümumdünya Qızıl Xaç Təşkilatının maşınları atəşkəs razılaşmasının birinci mərhələsinin altıncı raundu çərçivəsində 3 sionist əsiri HƏMAS hərəkatından təhvil almaq üçün Qəzzənin cənubundakı Xan Yunis bölgəsinə gedib.
Bununla əlaqədar olaraq sionist ordu Qəzza zolağında yerləşən Raim bölgəsindəki əsirləri təhvil verməyə hazır olduğunu açıqlayıb.
Eyni zamanda xəbər mənbələri, Fələstin müqavimətinin əsirlərin təhvil verildiyi yerdə 10 müxtəlif silah nümayiş etdirdiyini və bu silahları Saraya əl-Qüds (İslami Cihad hərəkatının hərbi qolu) və Şəhid İzzəddin əl-Qəssam briqadalarının (HƏMAS hərəkatının hərbi qolu) Əl-Əqsa tufanı döyüşü zamanı ələ keçirdiyini bildirib.
Bu mənbə əlavə edib: Əl-Qəssam sionist əsir Saqi Dikal Hana bir qızıl hədiyyə verdi ki, qızına versin. Bu qız körpəsi bu sionistin əsarətinin dördüncü ayında dünyaya gəlib.
Sizin rəyiniz