Ərdəbil Əyalətinin Kəşfiyyat Baş İdarəsi çərşənbə günü yaydığı məlumatda bildirib: “Dəqiq kəşfiyyat nəzarəti və məhkəmə qərarı alındıqdan sonra sionist rejimlə əlaqəsi olan şahpərəst ünsür İmam Zaman (ə) naməlum əsgərləri tərəfindən Ərdəbildə həbs edildi.”
Bu məlumata əsasən, müttəhim sosial mediadan sui-istifadə edərək sionist rejimin cinayətlərini dəstəkləyib və islami kimliyə qarşı çıxaraq dini təhrif etməyə və öz azğın əqidələrini təbliğ etməyə cəhd edib.
Bu müttəhimin İslamın müqəddəsliklərini təhqir etmək və din alimlərini hədələmək keçmişi var.
Sizin rəyiniz