Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai X kanalında həkim Nizaminin anım günü ilə bağlı paylaşdığı mesajda yazıb:
Ze suzi eşq behtər dər cəhan çist?
Ki, bi o qol nəxəndid, əbr nəgirist
(Sevgi alovundan yaxşı dünyada nədir
Onsuz gülməz gül, ağlamaz bulud)
Bu gün həkim Nizaminin anım günüdür; farsdilli mütəfəkkir, alim və şair ki, öz cavidan hekayələri ilə sonrakı nəsillərə sevgi, hikmət və əxlaq bəxş etmişdir. O, təkcə İranın fəxri deyil, həm də bəşər mədəniyyəti üçün xəzinədir. Bu münasibətlə Surə Beynəlxalq Universitetində xəttatlıq, işıqlandırma və rəngkarlıq qabiliyyətinə malik rəssamların əsərlərindən ibarət həkim Nizami xəttatlıq və rəsm sərgisini ziyarət etdim. Bu sərgi, İranın bədii irsi ilə İran rəssamlarının yeni nəslinin yaradıcılığı və istedadının valehedici birləşməsi idi.
Sizin rəyiniz